Biləsuvarda 38 yaşlı kişi intihar edib

Biləsuvar. 1 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47