Biləsuvar rayonunda yaşadığı evdə qəfildən ölə tələbənin şəxsiyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu, rayonun Amankənd kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədovdur. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Onunmeyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə yerləşdirilib.
*** 15:41
Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Amankənd kəndində baş verib.
Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
{{photo-small-left-a737ea17-47f9-496d-a3fb-c99930cdb6c1}}