Biləsuvarda 16 yaşlı nişanlı qız özünü asıb

Biləsuvar. 27 may. REPORT.AZ/ Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Ağalıkənd kəndində 2002-ci il təvəllüdlü yerli sakin Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib.

Məlumata görə, S.Məmmədova nişanlı olub.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41