Biləsuvar sakini bıçaqlanıb

Biləsuvar rayonunun Təzəkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Ağalıkənd kənd sakini, 1983-ci il təvəllüdlü Vasif Abbasov kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona bıçaq xəsarəti yetirməkdə Təzəkənd kənd sakini Vasif Məmmədov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48