Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynada tutulub

Bakı. 8 fevral. REPORT.AZ/ Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynada tutulub.

“Report”un məlumatına görə, axtarışda olan Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov İbrahim Əlövsət oğlu Ukraynanın Jitomir şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İ.Qasımovun yaşadığı evdən xeyli sayda silah və güllə gilizləri də aşkarlanıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08