Beyləqanda gənc oğlan toyda qohumları tərəfindən döyülüb

Beyləqan. 29 avqust. REPORT.AZ/ Beyləqanın Xocavənd qəsəbəsində keçirilən toy mərasimi zamanı gənc oğlan qohumları tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, 2001-ci il təvəllüdlü Allahverdiyev İlkin Tofiq oğlu toyda qohumları ilə mübahisə edib.

Nəticədə o iki nəfər tərəfindən döyülüb. Xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon Polis şöbəsi araşdırma aparır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47