Beyləqanda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb - ƏLAVƏ OLUNUB

Bakı. 29 dekabr. REPORT.AZ/ Beyləqanda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisində rayon sakini Mirsahib İbrahimov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakini Hidayət Abbasovu vurub. H.Abbasov xəstəxanaya aparılarkən yolda ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41