Beton zavodunun direktoru müəssisənin sahibinə qarşı 42 min manatlıq dələduzluq edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Binəqədi Beton Zavodunun direktoru bu müəssisənin sahibinə qarşı dələduzluq etməkdə ittiham olunur.

“Report”un xəbərinə görə, zavodun sahibi 1959-cu il təvəllüdlü Nuşravan Cəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, həmin müəsissədə direktor vəzifəsində işləyən 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov onu aldadaraq 42 min manat pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Cəlilov Azərbaycanın əməkdar mühəndisidir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56