Bərdə polis şöbəsində yeni təyinat olub

Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib.

"Report"un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Yusif Məhərrəmov təyin olunub.

O, bu təyiata qədər həmin şöbədə müstəntiq vəzifəsində çalışıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47