Bayram günlərində Azərbaycanda baş verən yol qəzalarında 15 nəfər ölüb

Bakı. 4 yanvar. REPORT.AZ/ Bayram günlərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, dekabrın 30-dan yanvarın 4-dək ölkənin avtomobil yollarında 30 yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, yol qəzaları nəticəsində 15 nəfər ölüb, 33 nəfər xəsarət alıb. 

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41
Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56