Bakı. 12 fevral. REPORT.AZ/ "Bayıldakı sürüşmədən sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə gəldi, bizimlə danışdı. Amma Eldar Əzizov kompensasiya ilə bağlı konkret vəd vermədi."
Bunu "Report"a Bayıl qəsəbəsində sürüşmə zonası zamanı evi torpağın altında qalan Telman Aslanov deyib.
"İcra başçısı bizdən bir neçə gün vaxt istədi, dəymiş ziyanla bağlı məsələyə baxılacağını söylədi", - T.Aslanov bildirib.
O qeyd edib ki, sürüşmə zamanı evdə olmayıblar: "Evdəki bütün əşyalar sürüşmə nəticəsində damın altında qaldı. Neçə min manatlıq mebelim dağıldı".