Bayıl qəsəbəsində yenidən sürüşmə olub - FOTO

Bakı. 15 may. REPORT.AZ/ Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib. 

"Report" xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb. 

Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Digər xəbərlər