Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aparatının Əməyin mühafizəsinə nəzarət şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi Xalid Ağayev vəfat edib.
“Report”un məlumatına görə, X.Ağayev 60 yaşında dünyasını dəyişib.
O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, o, 1998-ci il tarixindən etibarən Xidmətdə çalışıb.