Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda “Ana Tereza” qocalar evində ölüm hadisəsi baş verib. Bu barədə "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən məlumat verir. Belə ki, qocalar evində üzərində zorakılıq əlamətləri görünməyən 70-75 yaşlı kişi meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.