"BakuBus" avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib

Bakı. 23 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47