Bakının mərkəzində gənc qadını maşın vurub

Bakı. 23 dekabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yolu keçmək istəyən 34 yaşlı Xəyalə İmanəli qızı Kərimovanı avtomobil vurub.

Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya özü çatdırıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41