Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsindəki 243 və 249 saylı binalarını təbii qazla təmin edən aşağı təzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, 500 abunəçinin təbii qazla təchizatında məhdudiyyət yaranıb.