Bakıdakı hotellərdən birində yanğın olub, 20 nəfər xilas edilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda hoteldə yanğın olub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli “Titanik” hotelinin birinci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı hotelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyyə olunub. Hotelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17