Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb

Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal-Umbakı avtomobil yolunda qeydə alınıb.

Belə ki, Rəsul Rəşad oğlu Xəlilovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən, 2009-cu il təvəllüdlü Xəlil Ceyhun oğlu Fətəliyevi vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər