Bakıda yolu keçmək istəyən gənc qızı maşın vurub

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü Abbasova Arzu Qasım qızı yolu keçən zaman baş verib.

Qəzanı "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47