Bakıda yolu keçmək istəyən ər və arvadı maşın vurub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Qara Qarayev prospektində yolu keçmək istəyən ər və arvad – 1994-cü il təvəllüdlü Rəhimova Aygün Aleksandr qızı və 1963-cü il təvəllüdlü Azadov Fərahim Azad oğlunu minik avtomobili vurub.

Ağır xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47