Bakıda yolu keçən gənci avtomobil vurub

Bakının Nizami rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 1999-cu il təvəllüdlü Qocayev Sənan Müşfiq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər