Bakıda yolu keçən 32 yaşlı kişini avtomobil vurub

Bakının Sabunçu rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Mirzəyev Tahir Məzahir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21