Bakıda yol qəzasında iki nəfər yaralanıb

Bakının Nərimanov rayonunda yol- nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Həsənov İlqar Qasım oğlu və 1993-cü il təvəllüdlü Səmədzadə Lalə İbrahim qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12