Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakının Sabunçu rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 1996-cı il təvəllüdlü Əhmədova Xanım Vidadi qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46