Bakıda yol kənarında dayanan iki nəfəri avtobus vurub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda avtobus iki gənc oğlanı vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun Neftçilər stansiyası yaxınlığında baş verib.

Yol kənarında dayanan 1992-ci il təvəllüdlü Rəhimov Fəqani Vəfadar oğlu və eyni yaşlı Əliyev Ruslan Qahir oğlunu avtobus vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayonu Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47