Bakıda yeraltı piyada keçidinin üzərindən keçən kişini avtomobil vuraraq öldürüb

Bakı. 22 mart. REPORT.AZ/ Nərimanov rayonunda bir nəfərin ölümünə səbəb olan qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.

1978-ci il təvəllüdlü Əlizamin Ağayev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə yeraltı piyada keçidinin üzərində baş verib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39