Bakıda yeniyetməni yük avtomobili vurub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda yeniyetməni yük avtomobili vurub.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb

Belə ki, "99 JE 139" dövlət qeydiyyat nişanlı, "İsuzu" markalı yük avtomobili yolu keçən 2005-ci il təvəllüdlü İsmayılzadə Nihat Ədalət oğlunu vurub. Yaralı yük avtomobili ilə xəstəxanaya gətirilib. Həkimlər onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13