Bakıda yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 12 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, Xətai rayonunda 2012-ci il təvəllüdlü Ağayev Mirisa Mirsəfər oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41