Bakıda yaşlı qadının başına dəmir parçası düşüb

Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, İlqar Həbibov küçəsində 1966-ci il təvəllüdlü Yusifova Reyhan Ənvər qızının başına dəmir parçası düşüb.

Nəticədə o, açıq kəllə-beyin travması alıb. R.Yusifova xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36