Bakıda yaşlı qadını avtomobil vurub

Bakı. 18 may. REPORT.AZ/ Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, mikroavtobus 8-ci kilometr qəsəbəsində yol kənarında dayanmış 1967-ci il təvəllüdlü Babayeva Gülnarə Rəşad qızının ayağının üzərindən keçib.

Qadın ayağından xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17