Bakıda yaşlı kişi küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda küçədə yaşlı kişini tanımadığı şəxs bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxs onunla mübahisə edib. Nəticədə N.Salahov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14