Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xilas, 10 nəfər təxliyə edilib

Bakıda  çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39