Bakıda yaralı piyadanı xəstəxanaya YPX əməkdaşları çatdırdı - FOTO

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un YPX əməkdaşlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçən 1983-cü il təvəllüdlü Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.

Yaralı “99-YP-397” dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər - YPX əməkdaşları: Tahirov Musa Üzeyir oğlu və Səfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hazırda polis hadisəni törədən sürücünü axtarır.

Ramin Şahbazov 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47