Bakıda xəstəxananın qarşısında yolu keçən qadını maşın vurub

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 5 saylı Şәhәr Klinik Xәstәxanasının qarşısından yolun digər tərəfinə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəcəbova Xuraman Şakir qızını "Nissan" markalı minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər