Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda avtomobildən pul oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xətai rayon Polis idarəsinin 37-ci polis şöbəsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 25-də “BMW” markalı avtomobilindən içərisində 1600 manat olan pulqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.