Bakıda üzərinə benzin tökərək özünü yandıran gənc ölüb

Bakı. 6 mart. REPORT.AZ/ Bakıda 4 gün əvvəl üzərinə benzin tökərək özünü yandıran gənc ölüb.

"Report"un xəbərinə görə, 28 yaşlı Fəttahov Zahid Hacı oğlu Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, martın 2-də Z.Fəttahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırmışdı.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Digər xəbərlər