Bakıda Ukrayna vətəndaşı bıçaqlanıb

Bakıda Ukrayna vətəndaşı bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə Nizami rayonu ərazisində yerləşən "Lotos" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, naməlum şəxslər Ukrayna vətəndaşı, Binə qəsəbəsində yaşayan Əlizadə Vidadi Səfər oğluna bədən xəsarətləri yetirib. V.Əlizadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48