Bakıda üçotaqlı ev yanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı şəhərində fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan ikimərtəbəli 3 otaq və mansarddan ibarət evin mansardının yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27