Bakıda Türkiyə vətəndaşına qarşı 51 min dollarlıq dələduzluq edilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.

“Report” xəbər verir ki, Türkiyə vətəndaşı 1977-ci il təvəllüdlü Atakan Dursun oğlu Çeliki hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluqla üzləşdiyini bildirib. Atakan Çeliki ərizəsində qeyd edib ki, 2013-cü ilin iyul ayında Emin Hüseynov adlı şəxs onu aldadaraq 51 000 ABŞ dolları pulunu alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41