Bakıda tikinti materialları mağazasından 200 min manatlıq oğurluq olub

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda tikinti materialları mağazasından 200 min manatlıq oğurluq edilib.

“Report” xəbər verir ki, Bakı şəhər sakini Şəhadət Sarıyev hüquq-mühafizə orqanlarına müraciət edərək ona məxsus, Z.Bünyadov prospekti 77Q ünvanında yerləşən mağazanın naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılmasını və oradan 200 min manat dəyərində tikinti materiallarının oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41