Bakıda Telefon Qovşağına məxsus rabitə kabeli oğurlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda Telefon Qovşağına məxsus rabitə kabeli oğurlanıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayon Telefon Qovşağına məxsus 41 metr rabitə kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mircavad Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14