Bakıda “Təcili yardım” maşını qəzaya düşüb: həkim, tibb bacısı və turist xəsarət alıb

Bakı. 10 iyul. REPORT.AZ/ Bakı şəhərində “Təcili yardım” maşını qəzaya düşüb.

“Report”un xəbərinə görə, Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı “Təcili yardım” maşını ilə “Daewoo” markalı avtomobil toqquşub. Nəticədə “Təcili yardım” maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin “Daewoo”nun sərnişini, BƏƏ vətəndaşı, 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39