Bakıda tanışlar bir-birini bıçaqlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un xəbərinə görə, Məlikov küçəsində 17 yaşlı İsabala Allahverdiyev və tanışı 41 yaşlı Eldəniz Abbasov aralarında münaqişə zəminində bir-birinə bıçaq xəsarəti yetirib.

İ.Allahverdiyevin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. E.Abbasov evdə müayinə olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37