Bakıda tanınmış klinikada usta işləyən şəxs yıxılaraq ağır xəsarət alıb

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda tanınmış klinikada usta işləyən şəxs yıxılaraq ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə Ə.Naxçıvani küçəsində yerləşən “MedEra” hospitalında qeydə alınıb.

Orada usta işləyən 1957-ci il təvəllüdlü Rövşən İbrahimov ehtiyatsızlıqdan müəssisənin birinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb. Yaralı həmin hospitala yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39