Metronun “Neftçilər” stansiyasının yaxınlığında yanğın olub

Bakıda yanğın olub.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, yanğın həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasındakı elektrik lövhəsində baş verib. Bina sakinləri yanğını söndürüb.

Hadisə baş verən bina “LC Waikiki” geyim mağazasının yaxınlığındadır. Hadisə ilə bağlı sosial şəbəkələrdə yanğının geyim dükanında baş verdiyi barədə iddialar yayılmışdı.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47