Bakıda taksidən mobil telefon oğurlanıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda "London Taxi” markalı avtomobildən mobil telefon oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Avqustun 28-də Bakı şəhər sakini Şirin Həsənova məxsus “London Taxi” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərhad Əliyev Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47