Bakıda sürətlə hərəkətdə olan sərnişin avtobusu piyadanı vurub - FOTO

Bakı. 6 iyun. REPORT.AZ/ Paytaxtın Nərimanov rayonunda avtobus yol-nəqliyyat hadisəsi törədib.

"Report" xəbər verir ki, 1974-cü il təvəllüdlü Əhmədov Saleh Alik oğlu Təbriz küçəsində yolu keçərkən onu sürətlə hərəkətdə olan "90-XX-147" dövlət qeydiyyat nişanlı 202 saylı "Daewoo" markalı sərnişin avtobusu vurub.

Yaralı təcili yardım xidmətinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Avtobus yol polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37