Bakıda sexdə gənc oğlan naməlum şəraitdə bıçaqlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bakının Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə avtomobil təmiri sexində qeydə alınıb.

1990-cı il təvəllüdlü Zeynalov Zöhrab naməlum şəraitdə qarın nahiyəsinə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47