Bakıda sərxoş sərnişini aparan taksi aşıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda sərxoş sərnişini aparan taksi aşıb.

"Report"un xəbərinə görə, hadisə Bakı Dairəvi yolunda, Beynəlxalq Avtovağzal yaxınlığında qeydə alınıb. Belə ki, toydan sərxoş halda çıxan 1983-cü il təvəllüdlü Hüseynov Samir Azay oğlu taksiyə minərək sürətlə getməsini tələb edib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil aşıb. Nəticədə S.Hüseynov ağır xəsarət alıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14